“Atletiko” “Arsenal”ın hücumçusu Viktor Dyökereşi transfer etməkdə maraqlıdı. 28 yaşlı isveçli futbolçu cari mövsümdə yetərincə oyun vaxtı əldə etmədiyi üçün komandasını dəyişmək imkanını nəzərdən keçirir.
"Football-plus.az" xəbər verir ki, Madrid təmsilçisi hücumçunun karyerasını davam etdirə biləcəyi əsas variantlardan biridi. Bununla yanaşı, İngiltərə premier-liqasının bir neçə klubu da Dyökereşin vəziyyətini diqqətlə izləyir.
İsveçli hücumçu cari mövsümdə İngiltərə çempionatında üç qarşılaşmada iştirak edib və heç bir məhsuldar hərəkətlə yadda qalmayıb. Onun “Arsenal”la müqaviləsi 2030-cu il iyunun 30-na qədər qüvvədədi. Buna baxmayaraq, Viktorun qış “transfer pəncərəsi”ndə London təmsilçisindən ayrılması istisna edilmir.
Qeyd edək ki, “transfermarkt” portalı Dyökereşin bazar dəyərini 55 milyon avro qiymətləndirir.
“Atletiko” gözünü Dyökereşə dikib
Dünya futbolu





