Lionel Messi artıq uzun müddətdi İspaniyanı tərk etsə də, bu ölkədə hələ də populyarlığını qoruyur. Dünya şöhrətli futbolçu İspaniyaya rəsmi dəvət alıb.
"Football-plus.az" xəbər verir ki, “İnter Mayami”nin kapitanı İspaniya kralı VI Felipe və kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. “Marca”nın xəbərinə görə, 39 yaşlı hücumçu cümə axşamı İspaniyanın Ovyedo şəhərinə gəlib. O, burda idman sahəsində Asturiya Şahzadəsi mükafatını almaq üçün təşkil olunan tədbirlərdə iştirak edəcək. Messi həmçinin Ovyedodakı İdman Sarayında məktəblilər, tələbələr və azarkeşlərlə görüşəcək. Argentina yığmasının sabiq kapitanı kral ailəsi və mükafatın digər laureatları ilə rəsmi şam yeməyinə qatılacaq.
Ovyedodakı Kampoamor teatrında isə Asturiya Şahzadəsi mükafatının təqdimetmə mərasimi keçiriləcək. Mərasimdən sonra Messinin ABŞ-yə birbaşa uçacağı gözlənilir. O, MLS çərçivəsində “Nyu York Red Bullz”la səfər oyununda iştirak etməlidi.
Messi İspaniyada mükafat qazandı
Dünya futbolu





