“Portu”nun müdafiəçisi Pepe bu yay klubu tərk edəcək.
“Football-plus.az” xəbər verir ki, Portuqaliya mənbələrinin yaydığı xəbərə görə, klub maliyyə səbəblərinə görə 41 yaşlı futbolçu ilə müqaviləni yeniləməmək qərarına gəlib. Bu barədə “Portu”nun yeni prezidenti Andre Villaş-Boaş məlumat verib.
Pepe “Portu”da 2019-cu ildən oynayır. O, bu komandada 2004-07-ci illərdə də çıxış edib.