“Football-plus.az” məsələni aydınlaşdırmaq üçün klubun mətbuat katibi Mahal Məmmədova müraciət etdi:
“Komanda dünən də, srağagün də Bakı Olimpiya Stadionunun məşq meydançasında məşq edib, bu gün də oyundadı. Həftədə bir dəfə isə məşqçi komandanı dəniz kənarında çalışdırır. Bu, təbii ki, fiziki hazırlıqla bağlıdı. Onun öz planları var, ona görə də həftədə bir dəfə dəniz kənarında məşq etdirir. Qalan vaxtla bağlı məlumat isə yanlış informasiyadı. Siz indi bizim məşq qrafikinə baxın, BOS-dan qrafikimizi alın. Dünən və srağagün komanda orda məşq edib”.
İSRAYIL XEYRULLAYEV





