Paytaxt klubunda yeni oyunçu

18.06.2022 22:21 486
Dünya futbolu
"Arsenal” sıralarına yeni futbolçu cəlb edib.

London klubu “Portu”dan Fabio Vyera ilə razılığa gəlib. Bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb. “Portu” qarşı tərəfdən 22 yaşlı futbolçu üçün 40 milyon avro alacağını açıqlayıb. Daha 5 milyon avro isə bonuslar şəklində veriləcək.

Qeyd edək ki, ötən mövsüm yarımmüdafiəçi Portuqaliya çempionatında 27 matçda 6 qol vurub və 14 məhsuldar ötürmə verib.