Bu gedişlə, Maykl Karrik tezliklə işsizə çevriləcək. Komandasının növbəti uğursuzluğu onun baş məşqçi vəzifəsini tərk ehtimalını bir qədər də artırıb.
"Football-plus.az" xəbər verir ki, Çempionlar Liqasının son oyununda “Komo”ya 1:4 hesabıyla uduzan “Mançester Yunayted”də baş məşqçi dəyişikliyi artıq zəruri sayılır.
“TalkSPORT”un məlumatına görə, Yulian Naqelsmann tezliklə komandaya təyinat ala bilər. İngiltərə klubunun rəhbərliyi Almaniya yığmasının sabiq baş məşqçisini Karrikin mümkün əvəzləyicisi kimi nəzərdən keçirir.
Bununla belə, sonuncunun İngiltərə premyer-liqasının bazar günü “Bornmut”a qarşı keçiriləcək oyunadək vəzifəsindən uzaqlaşdırılmayacağı gözlənilir. Xəbərdə MY rəhbərliyinin ötən mövsümün sonunda da 39 yaşlı mütəxəssisin təyinatı ehtimalını nəzərdən keçirdiyi bildirilib. Lakin boslar sonda Kerriki baş məşqçi vəzifəsində daimi əsasda saxlamaq qərarına gəliblər.
MY-nin maraq dairəsinə düşən digər namizəd isə Fabian Hürtselerdi. Ancaq almaniyalı mütəxəssis bu yaxınlarda “Brayton”la müqaviləsini yeniləyib.
Karrikin yerini kim tuta bilər?
Dünya futbolu





