Bir neçə həftə “istirahət edəcək”

23.10.2026 22:43 27
Dünya futbolu
Luis Diasın səhhəti ilə bağlı məlumat yayılıb.

"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın yarımmüdafiəçisi zədə səbəbindən komandanın bir neçə oyununu buraxa bilər. Kolumbiyalı futbolçu Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunun “Arsenal”la 2:2 hesabıyla nəticələnən matçda zədələnib. Klubun məlumatına görə, 29 yaşlı futbolçunun sol budunun arxa əzələsində qismən cırılma aşkarlanıb.

Jurnalist Florian Plettenberqin bildirdiyinə görə, Diasın təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. O, bu müddətdə “Frayburq”, “Maqdeburq”, Dortmund “Borussiya”sı, “Atletiko”, “Maynts-05” və “Köln”lə oyunların böyük əksəriyyətini buraxacaq.