“Portu”dan “Marsel”ə yollana bilər

2.06.2024 21:30 154
Dünya futbolu
Serjio Konseysaonun tezliklə “Portu”nu tərk etməsi gözlənilir.

“Football-plus.az” xəbər verir ki, baş məşqçinin Fransaya yollanmaq şansı var. “Marsel” ona təklif irəli sürüb. Bu xəbəri Fabritsio Romano yayıb. Tanınmış jurnalist 49 yaşlı portuqaliyalının iş yerini dəyişmək niyyətində olduğunu qeyd edib.

Konseysao “Portu”nu 2017-ci ildən çalışdırır. Komanda ölkə çempionatının son mövsümünü “Sportinq” və “Brnfika”dan sonra 3-cü yerdə başa vurub.