Braziliya çempionatında keçirilən 22 və 23-cü turun oyunlarından sonra liderlər qrupunda vəziyyət dəyişdi: amma A seriyasında “Botafoqo”nun liderliyi davam etdi. Sadəcə, 2 oyuna 1 xal qazana bilən “Flamenqo” artıq liderin əsas izləyicisi deyil.
21-ci turdan sonra vahid liderliyə yüksələn “Botafoqo”nun Kayşas du Sula səfəri uğursuz alındı. Yerli “Juventude” ikinci hissənin əvvəlində 3-cü cavabsız qolu vurmaqla rio de janeyroluları çox çətin vəziyyətə saldı. Portuqaliyalı Artur Jorjenin çalışdırdığı qonaq komanda yalnız ikinci hissənin ortalarından başlayaraq təşəbbüsü ələ ala bildi. Lakin oyun planında üstünlük “Botafoqo”ya yalnız iki qol qazandırdı. 2:3 hesablı məğlubiyyət “ağ-qaralar”ı növbəti matça daha ciddi hazırlaşmağa məcbur etməyə bilməzdi. Çempionatın lideri əsas izləyicisi “Flamenqo”nu qəbul etdi. Rio de Janeyro derbisi gözlənildiyi qədər maraqlı keçmədi. Səbəb tərəflərdən birinin xüsusilə fasilədən sonra meydanda dominantlıq etməsi ilə bağlıdı. Doğrudu, ilk hissə 1:1 hesabı ilə sona çatdığından azarkeşlər matçın ikinci yarısında da ciddi rəqabət yaşanacağını gözəyirdilər. Ancaq ev sahibləri buna imkan vermədilər.
“Botafoqo” 4:1 hesablı qələbə ilə vahid liderliyini davam etdirdi. “Flamenqo” derbidən əvvəl evdə “Pameyras”dan yalnız bir xal ala bilmişdi. Titenin komandası çempionla oyunda qələbəni son dəqiqələrdə əldən verdi. Uğursuz nəticələr ehtiyatda bir oyunu olan “qırmızı-qaralar”ı 2-ci yerdən 4-ə saldı.
“Flamenqo”nun hər iki matçda büdrəməsi daha çox “Fortaleza”nın işinə yaradı. Argentinalı Xuan Voyvodanın çalışdırdığı komanda əvvəlcə evdə “Krisiuma”ya 1:0, sonra səfərdə “Braqantino”ya 2:1 hesabıyla qalib gəldi. Qələbə seriyasını 4 oyuna çatdıran “Fortaleza” 3-cü yerdən 2-ciyə yüksəldi. Ehtiyatda bir oyunu olan “göy-qırmızılar” liderdən yalnız bir xal geri qadıqları üçün potensial lider sayılırlar.
21-ci turdan sonra liderdən 6 xal geri qalmaqla 4-cü yerdə olan “Palmeyras” növbəti iki matçda hesabına 4 xal yazdı. Son çempion səfərdə “Flamenqo”dan 1 xal alandan sonra evdə “San Paulu”ya son dəqiqələrdə vurulan qolla 2:1 hesabı ilə qalib gəldi. A seriyasının əvəlki 4 oyununda 3 dəfə məğlub olmaqla zirvə uğrunda yarışdan bir qədər aralı düşən Abel Ferreyranın komandası 4-cü yerdən topların daha yaxşı fərqinə əsasən “Flamenqo”nu qabaqlayaraq 3-cü pilləyə çıxdı.
“Kruzeyro” ilə “San Paulu”nun iki oyuna uyğun olaraq 2 və 3 xal toplaması “Bayya”nın işinə yaradı. “Vitoriya” və “Qremio” üzrində 2:0 hesablı qələbələr Rojerio Seninin komandasını 7-ci yerdən 5-ə çıxardı.
Mövsümə çox zəif başlayan “Fluminense”də vəziyyətin getdikcə yaxşılaşdığı göz qabağındadı. 17-ci turdan sonra cədvəlin sonuncu (!) pilləsində görünən Libertadores Kubokunun son qalibi iyunda baş məşqçi vəzifəsinə təyinat alan Manu Menezeşin gəlişindən sonra 4 turda hesabına 12 xal yaza bilmişdi. Uğurlu nəticələrin hesabına əvvəlcə sonuncu yerdən qurtulan rio de janeyrolular 17-ci yerə yüksəlmişdilər. Amma onların qələbə seriyası “Vasku da Qama” ilə səfər matçında qırıldı (0:2). Menezeşin komandası evdə “Korintians” ilə qolsuz heç-heçədən sonra 18-ci yerə düşdü. “Flu”nun hesabında təxirə salınan bir oyun olduğunu da bildirək.
22-ci tur
Juventude - Botafoqo RJ 3:2
Danilo Boza, 8. Karriyo, 45+4. Marselinyo, 48 – Kuyabano, 69. Marçal, 81.
Flamenqo - Palmeyras 1:1
De Arraskaeta, 69 – Luici Hanri, 85.
Fortaleza – Krisiuma 1:0
Moyses, 47.
Kruzeyro - Atletiko Mineyro 0:0
San Paulu – Atletiko Qoyaniense 1:0
Andre Silva, 15.
Kuyaba - Qremio 1:3
Breytuveyt, 52-öz qapısına – Qustavo Nunyes, 23. Breytuveyt, 64; 86.
Vasku da Qama – Fluminense 2:0
Veqetti, 23. Viktor Luis, 63.
Korintians - Braqantino 1:1
Talles Manyo, 90+4 – Elinyo, 39.
Bayya - Vitoriya 2:0
Everton Ribeyro, 15. Lusiano Juba, 90+7.
İnternasyonal - Atletiko Paranaense 2:2
Uesli, 12. Vanderson, 90+6 – Joao Krus, 39. Kanobbio, 50.
23-cü tur
Botafoqo RJ - Flamenqo 4:1
Ponte, 3. İqor Jezus, 54. Mateus Martins, 84; 90+4 – Bruno Enrike, 24.
Braqantino – Fortaleza 1:2
Linkoln, 38-p. – Poçettino, 26. Breno Lopes, 90.
Palmeyras - San Paulu 2:1
X.Lopes, 52; 90+2 – Lusiano, 72.
Vitoriya - Kruzeyro 2:2
Osvaldo, 25-p. Alerrandro, 29 – Dinenno, 78; 84.
Qremio - Bayya 0:2
Tasiano, 45; 76.
Atletiko Mineyro - Kuyaba 1:1
İqor Qomes, 11-p. – Pitta, 44-p.
Fluminense - Korintians 0:0
Atletiko Qoyaniense - İnternasyonal 1:0
Urtado, 68.
Krisiuma - Vasku da Qama 2:2
Bolasi, 6; 90+4 – David, 36. Rayan, 45+4.
Atletiko Paranaense - Juventude 1:2
Nikao, 39 – Nene, 30. Yan Souto, 67.
6-cı turdan təxirə salınan oyun
İnternasyonal - Juventude 2:1
Tyaqo Maya, 17. Tabata, 81 Nene, 45+4.
1. Botafoqo RJ 23 14 4 5 41-24 46
2. Fortaleza 22 13 6 3 29-20 45
3. Palmeyras 23 12 5 6 31-19 41
4. Flamenqo 22 12 5 5 36-25 41
5. Bayya 23 11 5 7 33-25 38
6. San Paulu 23 11 5 7 31-23 38
7. Kruzeyro 22 11 4 7 31-24 37
8. Atletiko Mineyro 21 7 9 5 29-29 30
9. Atletiko Paranaense 21 8 5 8 25-24 29
10. Vasku da Qama 22 8 4 10 26-33 28
11. Juventude 22 7 7 8 27-30 28
12. Braqantino 21 7 6 8 26-26 27
13. İnternasyonal 19 6 7 6 18-18 25
14. Krisiuma 21 6 7 8 30-32 25
15. Qremio 21 7 3 11 20-25 24
16. Vitoriya 23 6 4 13 25-36 22
17. Korintians 23 4 10 9 20-29 22
18. Fluminense 22 5 6 11 16-26 21
19. Kuyaba 21 4 6 11 21-29 18
20. Atletiko Qoyaniense 23 3 6 14 18-36 15
Bombardirlər: Pedro (Flamenqo) – 10, Lusero (Fortaleza) – 8, Lusiano (San Paulu), X.Lopes (Palmeyras), Pitta (Kuyaba), Elinyo (Braqantino), Veqetti (Vasku da Qama), Halk (Atletiko Mineyro) - 7.