"Sabah Emin üçün meydana çıxacağıq" - Ayxan Abbasov

15.11.2026 22:30 0
Ölkə futbolu
Millimizin baş məşqçisi Ayxan Abbasov Andorra yığması ilə keçiriləcək yoldaşlıq görüşü öncəsi fikirlərini bölüşüb.

"Football-plus.az" xəbər verir ki, mütəxəssis sabahkı matçın Emin Mahmudova həsr olunacağını bildirib:

“İlk növbədə Emin Mahmudova təşəkkür edir, ona uğurlar arzulayıram. Millidə çox futbolçu çıxış edib, amma əsas məsələ iz qoymaqdı. Emin də belə futbolçulardandı. Məşqçi kimi onun oyununu həmişə bəyənmişəm. Sabah Emin üçün meydana çıxacağıq.

İlin son oyununa çıxacağıq. Andorra inkişaf mərhələsində olan komandalardan biridi. Sabah, təbii ki, rotasiyaya əl atacağıq. Buray gələn hər kəsə, xüsusilə də gənclərə şans vermək istəyirik. Qələbə qazanmaq niyyətindəyik və maksimum gücümüzü ortaya qoymağa çalışacağıq.

Penalti təyin olunarsa, Emin Mahmudov meydanda olduğu təqdirdə zərbəni o yerinə yetirəcək. Emin meydanda olmasa, bu vəzifəni Toral Bayramov icra edəcək. Heyətlə bağlı Anton Krivotsyukdan başqa itkilərimiz yoxdu".


Sabah keçiriləcək Andorra - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22.00-da start götürəcək.