• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

A seriyasında ikihakimiyyətlilik - “Palmeyras”: son 4 oyuna 3 məğlubiyyət...

Dünya futbolu

30-07-2024, 13:0

Braziliya çempionatında keçirilən 18, 19 və 20-ci turlardan sonra liderlər qrupunda vəziyyət dəyişdi. Bunun səbəbi “Botafoqo”nun üç oyuna hesabına 4, “Palmeyras”ın 3, “Flamenqo”nun isə 9 xal yazması oldu. Nəticədə 17-ci turdan sonra vahid lider olan “Botafoqo” 1-ci pillədəki yerini “Flamenqo”ya verdi. Başqa sözlə, A seriyasında ikihakimiyyətlilik yarandı.

"Football-plus.az" xəbər verir ki, iki tur əvvəl uğurlu oyunlar seriyası ilə vahid lider olan “Botafoqo” növbəti turun ev oyununda “İnternasyonal”a minimal hesabla qalib gəldi. Artur Jorjenin komandası çətin San Paulu səfərində hesabına bir xal yaza bildi. Eyniadlı komanda Lukas Mouranın effektli oyunu sayəsində lideri büdrətdi: “Tottenhem” və PSJ-nin 31 yaşlı yarımmüdafiəçisi qol və məhsuldar ötürmə ilə ev sahiblərinə bir xal qazandırdı. “Kruzeyro” ilə ev oyunu isə “Botafoqo” üçün qara kabusa bənzədi: rio de janeyroluların son həftələr yüksəlişdə olan rəqibindən üç cavabsız top buraxması 20-ci turun ən gözlənilməz nəticəsi oldu. Nəticədə “Botafoqo” 1-ci yeri əldən verməli oldu.

17-ci turdan sonra liderdən 3 xal geri qalmaqla 2-ci yerdə olan “Palmeyras” üç tur ərzində fərqli nəticələr göstərdi. Mövsümə zəif başlayan son çempion iyun-iyul aralığında xal ehtiyatını artıraraq “Botafoqo”nun əsas izləyicisinə çevrilmişdi. Abel Ferreyranın komandası 18-ci turda evdə “Kruzeyro”ya iki cavabsız qolla qalib gəlsə də, növbəti iki matçda azarkeşlərini məyus etdi. Autsayderlərdən olan “Fluminense”yə səfərdə minimal hesabla uduzan san paululular sonuncu turda fiaskoya uğradılar. “Vitoriya” ilə ev oyununun ikinci hissəsində buraxılan iki cavabsız qol “Palmeyras”ı həm 3-cü yerə, həm də liderdən 4 xal geri saldı. Bir ara azarkeşlərini çempionluq yarışına qoşulmaqla ümidləndirən çempion A seriyasının son 4 oyununda 3 dəfə məğlub olub...
Son üç tur “Flamenqo” üçün çox uğurlu alındı. Titenin komandası evdə “Krisiuma”ya, səfərdə “Vitoriya”ya 2:1 hesabıyla qalib gələndən sonra öz meydanında “Atletiko Qoyaniense”ni də məğlub etdi – 2:0. Üç oyunda maksimum nəticə göstərən rio de janeyrolular şərikli liderliyə nail oldular. “Botafoqo” onlardan topların daha yaxşı fərqinə əsasən geri qalır. Son üç oyunda daha iki qol vuran hücumçu Pedronun bombardirlərin yarışında 10 qolla vahid liderliyini qoruduğunu da bildirək.

“Fortaleza”nın da yüksəlişi diqqəti cəlb edir. Evdə “Atletiko Qoyaniense”ni 3:1, “San Paulu”nu isə 1:0 hesabıyla məğlub edən argentinalı Xuan Voyvodanın komandasının “İnternasyonal” ilə səfər oyunu təxirə salındı. “Fortaleza” son qələbələrdən sonra “Palmeyras” ilə birlikdə 3-4-cü yerləri bölüşür.

Nəhayət, “Fluminense”də vəziyyət yaxşıya doğru dəyişdi. Libertadores Kubokunun son qalibi 17-ci turdan sonra cədvəlin sonuncu (!) pilləsində idi. İyunda istefaya göndərilən Fernando Dinizin yerinə təyinat alan Manu Menezeş tədricən problemləri aradan qaldırmağı bacarır. 62 yaşlı mütəxəssisin komandası son üç turda hesabına 9 xal yazdı. “Kuyaba” ilə “Palmeyras”ı minimal hesabla üstələyən “Flu” son turda səfərdə “Braqantino”dan da 3 xalı 1:0-la almağı bacardı. Rio de janeyrolular uğurlu nəticələrin hesabına sonuncu yerdən qurtuldular. Onların hesabında təxirə salınan bir oyun olduğunu da bildirək.

18-ci tur
Botafoqo RJ - İnternasyonal 1:0
Luis Enrike, 38.
Palmeyras - Kruzeyro 2:0
X.Lopes, 36. Qabriel Menino, 90+2.
Flamenqo – Krisiuma 2:1
Pedro, 76. Qabriel Barboza, 89-p. – Rodriqo, 35.
Juventude - San Paulu 0:0
Bayya - Korintians 0:1
A.Romero, 37.
Qremio - Vitoriya 2:0
Soteldo, 63. Reynaldo, 90+6-p.
Atletiko Mineyro - Vasku da Qama 2:0
Halk, 27; 39.
Braqantino - Atletiko Paranaense 1:0
Raul, 8.
Fortaleza - Atletiko Qoyaniense 3:1
Poçettino, 23. Aliks, 62-öz qapısına. Renato Kayzer, 74 – Roni, 45.
Kuyaba - Fluminense 0:1
Kaua Elias, 73.


19-cu tur
San Paulu - Botafoqo RJ 2:2
Lukas Moura, 6-p. Ferreyra, 60 - Tikinyo Soareş, 11-p. Kuyabano, 22.
Fluminense – Palmeyras 1:0
Aryas, 87.
Vitoriya - Flamenqo 1:2
Everaldo, 75 – De Arraskaeta, 39. Karlinyos, 90.
Atletiko Qoyaniense – Bayya 1:1
Luiz Fernando, 60 – Jean Lukas, 90+9.
Korintians - Qremio 2:2
Yuri Alberto, 25-p. Qarro, 87 – Rodriqo Eli, 2. Vilyasanti, 76.
Kruzeyro – Juventude 2:0
Villiam, 45-p. Dinenno, 87-p.


“İnternasyonal” – “Fortaleza”, “Vasku da Qama” – “Kuyaba”, “Atletiko Paranaense” – “Atletiko Mineyro” və “Krisiuma” – “Braqantino” oyunları təxirə salınıb.

20-ci tur
Botafoqo RJ – Kruzeyro 0:3
Villiam, 13. L.Dias, 37. Barreal, 77.
Palmeyras - Vitoriya 0:2
Osvaldo, 52. Mateuzinyo, 83.
Flamenqo - Atletiko Qoyaniense 2:0
Pedro, 19. De Arraskaeta, 61.
Fortaleza – San Paulu 1:0
Renato Kayzer, 4-p.
Bayya – İnternasyonal 1:1
David Duarte, 13 – Borre, 89.
Juventude - Krisiuma 1:2
Luis Oyama, 60 – Bolasie, 57; 83.
Qremio - Vasku da Qama 1:0
Soteldo, 57.
Atletiko Mineyro – Korintians 2:1
Halk, 32-p.; 81-p. – Yuri Alberto. 39.
Kuyaba - Atletiko Paranaense 1:2
Deyverson, 90+6 – Julimar, 11. Di Yorio, 90+3.
Braqantino - Fluminense 0:1
Kaua Elias, 43.


3-cü turdan təxirə salınan oyun
Krisiuma – Fortaleza 1:1
Trauko, 21 – Lusero, 63.


1. Flamenqo 19 12 4 3 34-19 40
2. Botafoqo RJ 20 12 4 4 31-19 40
3. Palmeyras 20 11 3 6 27-16 36
4. Fortaleza 19 10 6 3 24-18 36
5. Kruzeyro 19 11 2 6 28-20 35
6. San Paulu 20 9 5 6 28-21 32
7. Bayya 20 9 5 6 29-24 32
8. Atletiko Paranaense 18 8 4 6 22-18 28
9. Atletiko Mineyro 18 7 7 4 27-26 28
10. Braqantino 18 7 4 7 22-21 25
11. Vasku da Qama 19 7 2 10 20-29 23
12. Krisiuma 18 5 6 7 26-28 21
13. Juventude 18 5 6 7 20-24 21
14. İnternasyonal 15 5 5 5 13-13 20
15. Korintians 20 4 7 9 18-27 19
16. Qremio 18 5 3 10 15-22 18
17. Vitoriya 20 5 3 12 22-32 18
18. Kuyaba 18 4 5 9 19-24 17
19. Fluminense 19 4 5 10 15-24 17
20. Atletiko Qoyaniense 20 2 6 12 16-31 12


Bombardirlər: Pedro (Flamenqo) – 10, Lusero (Fortaleza) – 8, Halk (Atletiko Mineyro) - 7.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-07-2024, 15:0

Son çempion uduzdu - “Flamenqo” yerini “Botafoqo”ya verdi

Dünya futbolu

18-06-2024, 22:0

İkihakimiyyətlilik dəyişmədi - TURUN İCMALI

Dünya futbolu

4-05-2023, 19:0

A seriyasında sürpriz lider – TURUN ŞƏRHİ

Dünya futbolu

19-05-2023, 18:0

“Botafoqo” uduzsa da, liderliyi itirmədi - TURUN ŞƏRHİ

Dünya futbolu

12-05-2023, 18:0

“Botafoqo”dan ardıcıl 4-cü qələbə - TURUN ŞƏRHİ

Dünya futbolu

2-05-2024, 18:0

San Paulu derbisində qolsuz “sülh”

Aktual
"Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
"Sabah"ın növbəti transferi... - "bayquşlar"ın müdafiə xətti keçilməz olacaq?
“İnşallah, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanarlar” – “Sabah” bazarı dağıdır
“Qardaş ölkə topa nəzarət etsə də, uduzdu” – Türkiyənin çatışmazlığı nə idi?
“Neftçi” Varqas üçün milyonyarım ödəyəcək?
Son xəbərlər
  • Bu gün, 00:57
    Avropa çempionu debütantla bacarmadı, Belçika - Misir oyununda heç-heçə - DÇ gecəsi
  • Dünən, 23:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:25
    CAS-ın "Turan Tovuz"la bağlı qərarı açıqlandı - SON DƏQİQƏ
  • Dünən, 23:20
    Milli komandada yeni müqavilə
  • Dünən, 23:00
    İngilislər üçün böyük təhlükə
  • Dünən, 22:46
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:32
    MBA ilə MHL-də çempion müəyyənləşdi - Tramp təbrik etdi
  • Dünən, 22:21
    "Şəfa" üç futbolçunu yola saldı
  • Dünən, 21:37
    Messi və Ronaldo üçün 6-cı DÇ, Mbappe üçün Klozeni ötmək imkanı
  • Dünən, 21:07
    "Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
  • Dünən, 20:59
    Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
  • Dünən, 19:58
    ''Neftçi''nin sabiq ulduzu efirdə ağzına gələni danışdı! - ''11'' nömrə kimdi?''
  • Dünən, 19:12
    "Sabah"ın növbəti transferi... - "bayquşlar"ın müdafiə xətti keçilməz olacaq?
  • Dünən, 18:41
    Millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri
  • Dünən, 18:27
    AFFA-nın baş katibi FİFA-nın sammitində
  • Dünən, 18:06
    İki boksçumuz Dünya kubokuna qələbə ilə başladı
  • Dünən, 17:50
    Terim DÇ-yə məğlubiyyətlə başlayan Türkiyəyə məsləhətlər verdi
  • Dünən, 17:10
    “İnşallah, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanarlar” – “Sabah” bazarı dağıdır
  • Dünən, 16:30
    "Kəpəz"in sabiq qapıçısı "Şəfa"da
  • Dünən, 16:25
    "Pafos" Murad Məmmədovun keçidini açıqladı
  • Dünən, 15:53
    Parisi tərk edəcək
  • Dünən, 14:55
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 14:37
    FİFA ABŞ-yə buraxılmayan hakimin pulunu ödəyəcək
  • Dünən, 14:13
    Topuriyanın məğlubiyyətsizlik seriyası başa çatdı - Castin Qetji Ağ Evdə kəmərin sahibi oldu
  • Dünən, 13:43
    Nazim Sadıxov artıq Bakıda: “Yenidən tarix yazmağa hazıram”
  • Dünən, 13:22
    “Sabah” basketbol klubunda yeni təyinat
  • Dünən, 12:51
    Avstraliya tarixində bir ilkə imza atdı
  • Dünən, 12:20
    Arda Turan ilin məşqçisi seçildi
  • Dünən, 11:59
    “Bizlə cinayətkarlar kimi davranırlar” - Seneqal və Özbəkistan yığmaları sərt yoxlamaya məruz qalıb
  • Dünən, 11:28
    “Qardaş ölkə topa nəzarət etsə də, uduzdu” – Türkiyənin çatışmazlığı nə idi?
  • Dünən, 10:57
    “Turan”da kütləvi ayrılıq
  • Dünən, 10:26
    “Neftçi” Varqas üçün milyonyarım ödəyəcək?
  • Dünən, 10:00
    Kot d'İvuar və İsveçdən qələbə - DÇ səhəri
  • 14-06-2026, 23:0
    “10 gün keçəndən sonra mənə yaxınlaşıb bonus istəyirdilər ki, pulumuzu...” – Ağasəlim Mircavadov
  • 14-06-2026, 23:0
    Almaniya debütantı darmadağın etdi - DÇ gecəsi
Daha çox
Oxunub: 500
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 274
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 263
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 252
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 226
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə