Dünya çempionu klubunu dəyişmədi

24.08.2024 22:56 293
Dünya futbolu
Emiliano Martines haqqında gəzən şayiələrə son qoyub.

Argentina yığmasının qapıçısı “Aston Villa” ilə yeni müqavilə imzalayıb. İngiltərə klubunun saytının yaydığı xəbərə görə, DÇ-2022-nin qalibi ilə müqavilənin müddəti 2029-cu ilin iyununa qədər uzadılıb.

Qeyd edək ki, 31 yaşlı qolkiper “Aston Villa”da 2020-ci ilin sentyabrından oynayır. O, bu komandada 150-dən çox oyuna çıxıb.