Mussa Diabi karyerasını “Əl-Nəssr”də davam etdirmək şansından istifadə etməyib.
"Football-plus.az" xəbər verir ki, o, Səudiyyə Ərəbistanı klubunu yox, xidmətində maraqlı olan “Aston Villa”nı seçib.
“Bayer-04”ün vingeri İngiltərə klubu ilə 5 illik müqavilə imzalayıb. “Aston Villa” 24 yaşlı oyunçunun transferinə görə Almaniya klubuna 50 milyon avro ödəyib. Müqavilədə 10 milyon avroluq bonuslar da nəzərdə tutulub. Fransa millisinin üzvü olan Diabi “Bayer-04”də 2019-cu ildən çıxış edirdi. O, ötən mövsüm leverkuzenlilərin heyətində 48 oyuna çıxıb və 14 qol vurub.