Unay Emeri “Aston Villa”nı daha uzun müddət çalışdıracaq.
“Football-plus.az” xəbər verir ki, ispaniyalı mütəxəssis İngiltərə klubu ilə yenidən anlaşıb. Emeri 2029-cu ilin yayına qədər birmingemlilərə başçılıq edəcək. Maraqlıdı ki, rəhbərlik bir ay ərzində çalışdırıcı ilə müqaviləni ikinci dəfə yeniləyib. Əvvəlki müqavilə 2027-ci ilin iyununa qədər qüvvədə olacaqdı.
Emeri “Aston Villa”nı 2022-ci ilin oktyabrından çalışdırır. Komanda son mövsümdə tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb.