Yamalın atasını bıçaqlayan şəxs yaxalandı

19.08.2024 15:36 337
Dünya futbolu
“Barselona”nın futbolçusu Lamin Yamalın atası Munir Nasrauini bıçaqlayan şəxsi 10 ilədək həbs gözəyir.

“Marca” qəzetinin yaydığı məlumata görə, qarşıdurmada iştirak edən 3 nəfər zaminə buraxılıb. Laminin atasını bıçaqlayan şəxsin məhkəməsi isə davam edir. O, adam öldürməyə cəhddə ittiham olunur. Sözügedən şəxsi 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xatırladaq ki, Yamalın atası avqustun 14-də Barselonanın Mataro şəhərətrafı qəsəbəsindəki dayanacaqda bıçaqlanmışdı.