Konor tələb etdi, Uayt “yox” dedi

19.08.2024 14:12 348
İdman
İki çəki dərəcəsində sabiq UFC çempionu Konor Makqreqor promouşenin rəhbəri Dana Uayta müraciət edib. İrlandiyalı bu ilin sonuna qədər onun üçün döyüş təşkil olunmasını tələb edir.

Xatırladaq ki, Konor iyunun 29-da UFC 303 turnirində amerikalı Maykl Çendler ilə qarşılaşmalıydı. Ancaq zədə üzündən turnirdən çəkildi.

Beləcə Makqreqor amerikalı Dastin Poryeyə uduzduğu 2021-ci ildən bəri oktaqona həsrət qalıb. Uayt isə srağagün Makqreqorun ilin sonuna qədər döyüşə çıxmayacağını bildirib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul