Dediyinə görə, bu məsələni artıq liqanın prezidenti Dana Uayt ilə müzakirə edib:
“Mənə artıq Uaytla yeni döyüş tarixi ilə bağlı danışmışam. Belə görünür ki, işlər istədiyimiz kimi gedir. 2024-də dönəcəyim dəqiqdi”.
Xatırladaq ki, Makqreqor üçillik fasilədən sonra iyunun 23-də - UFC 303 turnirində oktaqona dönməliydi. Onun Maykl Çendler ilə döyüşəcəyi gözlənilirdi. Ancaq döyüş irlandiyalının ayağından aldığı zədə üzündən baş tutmadı. Konor sonuncu dəfə 2021-ci ilin iyulunda oktaqonda görünüb. Onda da ayağını zədələdiyindən Dastin Porye ilə döyüşü vaxtından əvvəl dayandırılmışdı.




