İki çəki dərəcəsində sabiq UFC çempionu Konor Makqreqor sosial şəbəkə hesabında Amerika Antidopinq Agentliyinin dopinq-test şəbəkəsinə qoşulmasıyla bağlı paylaşım edib: “Mən yenidən bu şəbəkədəyəm. Döyüşə yüksək dağlıq şəraitdə hazırlaşacam”.
“Football-plus.az” xəbər verir ki, xatırladaq ki, Konor yeni döyüş keçirməyə razılıq almaq üçün altıaylıq test kursunu keçməlidi. O, sonuncu dəfə 2021-ci ilin iyulunda UFC 264 turnirində amerikalı Dastin Porye ilə qarşılaşıb. Onda ayağı qırılan Konora texniki məğlubiyyət verilmişdi. İrlandiyalı indiyə qədər keçirdiyi döyüşlərin 22-də qalib gəlib, 6-da uduzub.