Konor yenə oktaqona çıxa bilməyəcək

18.06.2024 17:56 341
İdman
İki çəki dərəcəsində UFC çempionu Konor Makqreqorla amerikalı Maykl Çendler arasındakı döyüş keçirilməyəcək.

Hadisələrin məhz belə axarı ilə bağlı ilk xəbəri nüfuzlu insayder Ariel Helvani yayıb:

“Konor Makqreqorla Maykl Çendler arasındakı duel havadan asılı vəziyyətdədi. UFC B variantını işə salmağı düşünür. Bir həftə əvvəl haqqında danışdığım pozitiv atmosfer artıq yoxdu. Döyüş hələ ki ləğv olunmyıb. Ancaq belə bir ehtimal var ki, Çendler üçün başqa rəqib tapılsın. Ya da UFC 303 turnirinin əsas döyüşündə başqa idmançılar üz-üzə gəlsin”.

Dünən isə UFC prezidenti Dana Uayt sosial şəbəkə hesabında Makqreqor – Çendler döyüşünün ləğv edildiyini xəbər verdi. Bunun əsas səbəbi kimi irlandiyalının zədə üzündən oktaqona çıxmağa hazır olmaması göstərilir.

Məhz Çendler – Makqreqor döyüşü iyunun 30-da Las-Veqasda keçiriləcək UFC 303 turnirinin bəzəyi olmalıydı. Xatırladaq ki, Konor 2021-ci ilin iyulundan bəri ciddi ayaq zədəsi üzündən oktaqona çıxmır. Onun qarışıq döyüş növlərində çıxışının statistikası belədi: 22 qələbə, 6 məğlubiyyət. Çendlerin hesabında isə 23 qələbə və 8 məğlubiyyət var.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul