Uayt Konorun ümidini qırdı

24.01.2024 13:29 197
İdman
UFC prezidenti Dana Uayt Konor Makqreroun və azarkeşlərinin “kefinə soğan doğrayan” açıqlama verib.

Belə ki, o, qurumun iki çəki dərəcəsində sabiq çempionu olan irlandiyalının iyundakı turnirdə çıxış etməyəcəyini bildirib:

“İyunda Konorun döyüşü olacaqmı? Yox. O hazır olanda həmişə olduğu kimi, bunu ictimaiyyətə elan edəcəyik”.

35 yaşlı Makqreqor indiyə qədər MMA çərçivəsində keçirdiyi döyüşlərin 22-də qalib gəlib, 6-da uduzub. İrlandiyalı oktaqona sonuncu dəfə 2021-ci ilin iyulunda çıxıb. Həmin vaxt ayağı zədələndiyinə görə Dastin Poryeyə texniki nokautla uduzub.

Xatırladaq ki, Konor yanvarın 1-də iyunun 29-da Las-Veqasda Maykl Çendlərlə döyüş keçirməyə hazırlaşdığını elan etmişdi.