ABŞ-dən olan basketbolçu "Gəncə"yə keçdi

18.11.2026 13:53 0
İdman
“Gəncə” heyətinə yeni basketbolçu cəlb edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə bölgə təmsilçisindən məlumat verilib.

Klub ABŞ-dən olan Donovan Donaldsonla mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.

30 yaşlı oyunçu Şimali Makedoniya, Macarıstan, Almaniya, Yunanıstan, Finlandiya və Fransada çıxış edib. O, son olaraq Kiprin “Keravnos” klubunun formasını geyib.