Londondan müvəqqəti ayrıldı

19.08.2024 13:30 307
Dünya futbolu
Lesli Uqoçukvu “Çelsi”dən müvəqqəti ayrılıb.

Yarımmüdafiəçi icarə əsasında “Sauthempton”a keçib. Klublar arasında müqavilənin müddəti 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Uqoçukvu “Çelsi”yə ötən yay “Renn”dən transfer olunub.

O, son mövsümdə London klubunun heyətində bütün turnirlərdə 15 oyun keçirib.