“Milan”dan yenə müvəqqəti ayrıldı

24.07.2024 19:32 304
Dünya futbolu
Luka Romero “Milan”dan yenə müvəqqəti ayrılıb.

“Alaves” vingeri icarəyə götürüb. 19 yaşlı argentinalı futbolçunun icarə müqaviləsi 2024/25 mövsümü üçün nəzərdə tutulub.

Romero bu ilin yanvarında “Almeriya”ya icarəyə verilmişdi. O, La Liqada 13 oyuna çıxıb və 3 qol vurub.