“Atletiko”dan müvəqqəti ayrıldı

25.01.2024 15:32 180
Dünya futbolu
“Atletiko” müdafiəçisi Xavi Qalanı icarəyə verib.

Madrid klubunun saytının yaydığı xəbərə görə, o, mövsümün sonuna kimi icarə əsasında “Real Sosyedad”a çıxış edəcək. Qeyd edək ki, 29 yaşlı futbolçu bu mövsüm “Atletiko”da bütün turnirlərdə 9 matçda oynayıb.

Xavi daha əvvəl “Kordoba”, “Ueska” və “Selta”nın formasını geyib.