• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real”ın 6-cı, Ançelottinin isə 5-ci superkubok - REPORTAJ

Dünya futbolu / Reportaj

18-08-2024, 21:0

Avqustun 14-də avrokubokların 2024/25 mövsümünün ilk qalibi müəyyənləşdi.

Polşanın paytaxtı Varşava şəhərində keçirilən Avropa Superkuboku (AS) oyununda “Atalanta”ya qalib gələn “Real” bu turnirdə 6-cı uğurunu reallaşdırdı.

Real - Atalanta 2:0 (0:0)
Real (Madrid, İspaniya): Kurtua, Karvaxal (Vaskes, 88), Militao, Rüdiger, Mendi, Valverde, Çuameni, Rodriqo (Modriç, 76), Bellingem (Sebalyos, 88), Vinisius (Gülər, 88), Mbappe (Dias, 83).

Atalanta (Berqamo, İtaliya): Musso, Cimşiti, Hin (Palestra, 90), Kolaşinats (Bakker, 70), Zappakosta (Qodfri, 62), De Roon, Ederson, Rucceri, Paşaliç (Mantsoni, 90), De Ketelare (Retegi, 62), Lukman.

Qollar: Valverde, 59 (1:0). Mbappe, 68 (2:0).
Vərəqələr: Ederson, 9. Bellingem, 35. Vinisius, 42. Cimşiti, 64 - sarı.
Hakim: Sandro Şerer (İsveçrə).
14 avqust. Varşava. 56042 tamaşaçı.

Can Pyero Qasperini “Narodovı” stadionundakı matçdan əvvəl komandasındakı zədə problemindən şikayətlənmişdi. “Atalanta”nın Skalvini, Hatebur, Toloy, Koopmeyners və Skamakka kimi vacib oyunçuların xidmətindən məhrum olması matçın favoriti sayılan “Real”ın işinə yaramaya bilməzdi. Buna baxmayaraq, Avropa Liqasının son qalibi Çempiolar Liqasının çempionuna qarşı ilk hissədə kifayət qədər yaxşı mübarizə apardı. Ümumiyyətlə, komandalar fasiləyədək o qədər də maraqlı futbol sərgiləmədilər. Bircə bu faktı qeyd edək ki, ilk 45 dəqiqədə rəqiblər qapıya dəqiq zərbə belə endirə bilmədilər. Amma hissənin ortalarında De Roonun tiri, sonunda isə Rodriqonun qapı çarpazını hədəf aldığını qeyd edək.

Fasilədən sonra fəallaşan “Real” rəqibini qapısına sıxışdırmağa başladı. Madridlilərin oyunun tempini artırması berqamoluları çətinə saldı. Nəticədə 59-cu dəqiqədə qurulan kombinasiyanı tamamlayan Valverde hesabı açdı. “Atalanta”nın buraxılan qola cavab vermək üçün elə bir ciddi cəhdi olmadı. Əksinə, madridlilər oyun planında üstünlüyünü və hesab arasındakı fərqi artırdılar: Bellingemin ötürməsini dəyərləndirən Mbappe ağ futbolkada meydana çıxdığı ilk rəsmi oyundaca qol hesabını açdı. Qalan vaxtda da üstün oynayan Ançelottinin komandası bir neçə əla imkanı boşa versə də, bu il azarkeşlərini növbəti qələbə ilə sevindirdi. Bellingemin matçın ən yaxşı oyunçusu seçildiyini də qeyd edək.

Faktlar
* “Real” 9-cu dəfə iştirak etdiyi AS matçında 6-cı qələbəsini qazanmaqla “Barselona” və “Milan”ı arxada qoyaraq vahid rekordçu oldu.
* “Real” bu il İspaniya çempionluğu, ölkə superkuboku və Çempionlar kubokundan sonra 4-cü titulunu qazandı.
* Ançelotti AS-də 5-ci qələbəsini qazanmaqla Xosep Qvardiolanı arxada qoyaraq vahid rekordçu oldu. İtaliyalı mütəxəssis bu kuboku üç dəfə “Real” (2014, 2022, 2024) və iki dəfə “Milan”la (2003, 2007) qazanıb.
* Ançelotti məşqçilik karyerasında 30-cu titulunu qazandı. O, “Real”ı 14 turnirdə qələbəyə daşımaqla Migel Munyosun rekordunu təkrarladı.
* Modriç “Real” ilə 27-ci titulunu qazanmaqla Naçonu arxada qoyaraq vahid rekordçu oldu.
* Mbappe ilk dəfə avrokubokun qalibi oldu.

Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Bu gecəni yaşadığım üçün qürur duyuram. Əzmkarlıq, mübarizə və qələbə... İlk hissə bizim üçün bir az çətin keçdi, çünki “Atalanta” güclü pressinq etdi və müdafiədə çox yaxşı oynadı. İkinci hissədə oyun bir az açıldı, rəqib yoruldu, nəticədə bizim daha çox şansımız oldu. Meydanda boşluqlar yarandıqda Rodriqo, Vinisius və Mbappe çox təhlükəli olur. Kilian çoxlu qol vurmaq üçün tələb olunan bacarıqlara malikdi. Komandaya bir həftə əvvəl gələn futbolçular yaxşı formada idilər. Mən bunu yüksək qiymətləndirirəm. Biz çalışmalıyıq, hər oyunda mübarizə və rəqabət aparmalıyıq”.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

12-03-2024, 20:0

MS asanlıqla, “Real” isə çətinliklə 1/4 finala adladı

Dünya futbolu

7-04-2024, 18:0

“Atalanta” Florensiyadan yenə əliboş döndü

Dünya futbolu

5-01-2024, 11:0

2023-cü ilin rəmzi komandasına kimlər namizəddi?

Dünya futbolu

17-06-2023, 16:0

Yalnız “Real”la “Barselona”nın oyunçuları…

Dünya futbolu / Avropa Liqası

23-05-2024, 17:0

Avropa Liqasında namizədlər müəyyənləşdi

Dünya futbolu / Manşet

13-08-2022, 11:0

“Real” - “Ayntraxt” oyununda qeydə alınan maraqlı faktlar

Aktual
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Son xəbərlər
  • Bu gün, 16:32
    Mahir start heyətində!
  • Bu gün, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
Daha çox
Oxunub: 208
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 97
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə