Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası CEV Çempionlar Liqasında ilk oyununu keçirib.
"Football-plus.az* xəbər verir ki, turnirə 2-ci təsnifat mərhələsindən qoşulan təmsilçimiz bu gün Bakıda Portuqaliya “Sportinq"i ilə qarşılaşıb.
Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən gərgin görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk setdə 23:25 hesabı ilə məğlub olan “Xilasedici” növbəti iki hissədə 25:19 və 25:23 hesablı qələbələr qazanaraq önə keçib. Lakin dördüncü setdə 23:25 hesabı ilə uduzan klubumuz həlledici hissədə də məğlub olub - 10:15.
Komandalar arasında cavab oyunu noyabrın 11-də Portuqaliyada keçiriləcək.
“Xilasedici” Çempionlar Liqasında uduzdu
İdman





