Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda “Vikinq”in qonağı olacaq “Sabah” dünən oyunun keçiriləcəyi Stavanger şəhərinə yollanıb.
“Football-plus.az” “bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovdan başqa məqamlara bağlı soruşdu. Klub rəsmisi soyuq Norveçdə hava şəraitinin sabit olduğunu bildirdi. Həmkarımız hazırda yağış olmadığını dedi.
Elnur bəy oyunun keçiriləcəyi “Lays Arena”da nə qədər “Sabah” azarkeşinin yer alacağı haqda məsələyə bir daha toxundu. O, “Vikinq”in qonaqlar üçün 300 bilet ayırdığını, “Sabah”ı səfərdə təxminən 200 həmvətənimizin dəstəkləyəcəyini bildirdi. Dəqiq say isə sabah bilinəcək.
Xatırladaq ki, bu oyun noyabrın 4-dən 5-ə keçən gecə, saat 00.00-da start götürəcək.
KƏNAN BAHADIR
“Vikinq” “Sabah” üçün neçə bilet ayırıb? – soyuq Stavangerdə ÇL hərarəti...
Avrokuboklar





