• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” - “Ayntraxt” oyununda qeydə alınan maraqlı faktlar

Dünya futbolu / Manşet

13-08-2022, 11:0

Avqustun 10-da avrokubokların 2022/23 mövsümündə ilk qalib müəyyənləşdi: Finlandiyanın paytaxtı Helsinki şəhərində Avropa Superkuboku (AS) oyunu keçirildi.

Ümumilikdə 47-ci olan dueldə Çempionlar Liqası (ÇL) və Avropa Liqasının (AL) son qalibləri “Real” və “Ayntraxt” qarşılaşdı. Almaniya klubu bu yarışda debüt edərkən, İspaniya nəhəngi AS-də 8-ci dəfə oynadı.

Xatırladaq ki, “Real” bu avrokubokda keçirdiyi 7 oyundan 4-də qələbə qazanmışdı.

Olimpiya stadionunda baş tutan matçda sensasiya baş vermədi. Karlo Ançelottinin ilk mayın 28-də ÇL-in “Liverpul”la final oyunundakı start heyətinə üstünlük verməsi diqqətdən yayına bilməzdi. “Real” favorit statusunu inamlı oyunu və qələbəsi ilə doğrultdu. Ötən mövsümün son aylarında AL-də əsl kubok döyüşçüsü kimi yadda qalan “Ayntraxt” indi həmin komandanı xatırlatmır. Oliver Qlasnerin komandası bundesliqanın ilk turunda “Bavariya”ya evdə 1:6 hesabı ilə uduzmuşdu. “Real”ın frankfurtluları darmadağın etmək niyyəti yox idi. Ançelottinin komandası, sadəcə, öz oyununu oynayıb qalib gəldi. İlk hissənin sonuna yaxın künc zərbəsi zamanı topu Kazemirodan qəbul edən Alaba hesabı açdı. Oliver Qlasner 58-ci dəqiqədə iki yeni oyunçunu meydana buraxmaqla matçda dönüş yaratmaq istədi. Lakin “Real” ikinci hissədə də oyuna nəzarət etdi. Matçın ən yaxşı oyunçusu seçilən Kazemironun zərbəsindən sonra top tirə tuş gəldi. Çox keçmədən Vinisius ilə Benzema ikinci qolu təşkil etdi. Bundan sonra madridlilərin qələbəsinə böyük ölçüdə şübhə yeri qalmadı.

Real – Ayntraxt 2:0 (1:0)
Real (Madrid, İspaniya): Kurtua, Karvaxal (Rüdiger, 85), F.Mendi, Militao, Alaba, Kazemiro, Kroos (Çuameni, 85), Modriç (Rodriqo, 67), Valverde (Kamavinqa, 76), Vinisius (Sebalyos, 85), Benzema.
Ayntraxt (Frankfurt, Almaniya): Trapp, Knauff, Ture (Alario, 70), Tuta, Ndika, Lents, Sou, Rode (Götse, 58), Lindstrem (Kolo Muani, 58), Borre, Kamada.
Qollar: Alaba, 37 (1:0). Benzema, 65 (2:0).
Vərəqə: Alario, 90+2 - sarı.
Hakim: Maykl Oliver (İngiltərə).
10 avqust. Helsinki (Finlandiya). 31042 tamaşaçı.

Faktlar
* “Real” Avropa superkubokunu 5-ci dəfə qazandı. Madrid klubu bu göstəriciyə əsasən “Barselona” və “Milan”ın rekordunu təkrarladı. Qeyd edək ki, “Real”ın bütün uğurları XXI əsrə təsadüf edib.

* “Real” 2014-cü ildən sonra müxtəlif turnirlərdə keçirdiyi 19 həlledici oyundan 17-də qalib gəlib. Maraqlıdı ki, hər iki məğlubiyyət “Atletiko” ilə görüşdə qeydə alınıb. “Real” əzəli rəqibinə 2014-cü ildə İspaniya superkuboku, 2017-ci ildə isə Avropa superkuboku uğrunda matçda uduzub. “Kral klubu” son 8 ildə 5 dəfə ÇL-də, 4 dəfə Klublararası Dünya Çempionatında, 4 dəfə AS-də, 3 dəfə İspaniya Superkubokunda, 1 dəfə isə İspaniya kubokunda qalib olub.

* Ançelotti məşqçi kimi Avropa superkubokunu 4-cü dəfə qazandı. O, bu göstərici ilə Xosep Qvardiolanı arxada qoyaraq vahid rekordçu oldu. 63 yaşlı italiyalı mütəxəssisin komandalarından “Milan” 2003-cü ildə “Portu”nu 1:0, 2007-ci ildə “Sevilya”nı 3:1, “Real” isə 2014-cü ildə “Sevilya”nı 2:0 hesabı ilə məğlub edib.

* Ançelotti məşqçilik karyerasında “Real”la 8-ci, ümumilikdə isə 24-cü titulunu qazandı. O, “Milan”la 8, “Çelsi” və “Bavariya” ilə 3, “Yuventus” və PSJ ilə 1 turnirin qalibi olub.

* Alaba AS-də 184-cü qolun müəllifi oldu. O, bu turnirdə qol vuran ilk avstriyalıdı.

* Benzema “Real”ın formasında 324-cü qolunu vurdu. Fransalı hücumçu komandanın ən yaxşı bombardirlərinin siyahısında Raul Qonsalesi (323) arxada qoyaraq 2-ci yerə təklikdə sahib oldu. Madrid klubunda ən çox qol vuran Kriştiano Ronaldodu (450).

* Benzema “Real”la 23-cü titulunu qazanmaqla Fransisko Xentoya çatdı. Komandanın bu planda rekordçusu Marselodu (25).

* Vinisius bütün turnirlərdə Benzemaya 16-cı dəfə məhsuldar ötürmə verdi.

* Kurtua “Real”la ardıcıl 4-cü həlledici matçda top buraxmadı. Belçikalı qapıçı bu oyunlarda 19 seyv edib. O, İspaniya Superkubokunda 2020-ci və bu il, həmçinin ÇL-də “Liverpul”la mayda keçirilən son finalda qapısını toxunulmaz saxlayıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2022, 15:0

Ançelotti Qvardiolanı, Benzema isə Raulu keçdi

Avrokuboklar

10-08-2022, 11:0

“Ayntraxt”ın ilk, “Real”ın 8-ci cəhdi - YENİLƏNİR

Dünya futbolu / Manşet

19-05-2022, 09:0

Avropa Liqasının qalibi müəyyənləşdi - YENİLƏNİB

Dünya futbolu

11-08-2022, 00:0

"Real” superkuboku başı üzərinə qaldırdı

Dünya futbolu

9-05-2022, 23:0

"Avropanın bütün klubları "Real"dan qorxur, "Real" isə..."

Çempionlar Liqası

29-05-2022, 01:0

"Real" Çempionlar Liqasının qalibi oldu - YENİLƏNDİ

Aktual
“Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
“Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
“Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
Son xəbərlər
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 23:17
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Dünən, 21:35
    Romadan Milana üz tuta bilər
  • Dünən, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Dünən, 20:53
    “Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
  • Dünən, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Dünən, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Dünən, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Dünən, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Dünən, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Dünən, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Dünən, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Dünən, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Dünən, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Dünən, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Dünən, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Dünən, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Dünən, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Dünən, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Dünən, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Dünən, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Dünən, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Dünən, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Dünən, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Dünən, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Dünən, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Dünən, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Dünən, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • 10-06-2026, 23:0
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • 10-06-2026, 22:0
    "Şəfa"da daha üç ayrılıq
  • 10-06-2026, 22:0
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
Daha çox
Oxunub: 728
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 491
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 258
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 202
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 198
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə