''Qalatasaray'' əsas müdafiəçisini 1 aylığa itirdi

17.08.2024 12:33 313
Dünya futbolu
''Qalatasaray''dan zədə xəbəri gəlib.

Türkiyə çempionu əsas müdafiəçilərindən birini itirib. Söhbət kolumbiyalı Devinson Sançesdən gedir.

Təcrübəli futbolçu Türkiyə çempionatının 1-ci turunda ''Hatayspor''la oyunda 90 dəqiqə meydanda olmuşdu. Həmin oyundan sonra tibbi müayinədən keçirilən Sançesin sağ ayaq əzələsində problem aşkarlanıb. 28 yaşlı futbolçu təxminən 1 aylığa sıradan çıxıb. O, Çempionlar Liqasının pley-offunda ''Yanq Boyz''a qarşı hər iki oyunu buraxmalı olacaq.

Qeyd edək ki, Sançes ''Qalatasaray''da ikinci mövsümünü keçirir və indiyə qədər 33 rəsmi oyunda 3 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib.

ƏLİ