''Bavariya'' Boeni 1 aylığa itirdi

17.02.2024 17:28 188
Dünya futbolu
''Bavariya''nın bir müddət öncə ''Qalatasaray''dan ''30+5'' milyon avroya transfer etdiyi Saşa Boedən üzücü xəbər gəlib.

Belə ki, fransalı cinah müdafiəçisi məşqdə zədələnib.

Müayinədən sonra onun əzələsində yırtıq aşkarlanıb. Klubdan verilən açıqlamada futbolçunun təxminən 1 aylığa sıradan çıxdığı məlum olub.

Boenin bundesliqada ''Bohum'', ''Leyptsiq'', ''Frayburq'', ''Maynts-05'', ''Darmştadt'', Dortmund ''Borussiya''sı və Çempionlar Liqasında ''Latsio''ya qarşı cavab oyunlarını buraxacağı gözlənilir.

23 yaşlı Boe indiyə qədər ''Bavariya''da 2 oyunda ümumilikdə 109 dəqiqə oynamaq şansı qazanıb.

ƏLİ