Fransadan İtaliyaya yollandı

15.08.2024 21:55 311
Dünya futbolu
“Fiorentina” heyətinə yeni futbolçu cəlb edib.

İtaliya klubunun saytının məlumatına görə, “Reyms”in yarımmüdafiəçisi Amir Riçardson transfer edilib. 22 yaşlı mərakeşli ilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Riçardson ötən mövsüm Fransa çempionatında 28 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.