MY-dən iki transfer

21.07.2024 23:32 340
Dünya futbolu
“Mançester Yunayted” yeni mövsüm ərəfəsində daha iki transfer əməliyyatı reallaşdırıb.

İngiltərə klubunun sıralarını bir oyunçunun birdəfəlik tərk etdiyini ilk növbədə vurğulayaq. MY Meyson Qrinvudu “Marsel”ə satıb. Fransa klubunun saytının məlumatına görə, 22 yaşlı hücumçu yeni klubunda “10” nömrəli formanı daşıyacaq. İnsayder Fabritsio Romano “Marsel”in bu transfer üçün 26 milyon avro təzminat və 5 milyon avro bonus ödəyəcəyini xəbər verib. İngiltərəli oyunçu ötən mövsüm icarə əsasında “Xetafe”də çıxış edib. O, İspaniya klubunda bütün turnirlərdə 36 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə verib.

“Yunayted” “Lill”in müdafiəçisi Leni Yoronu transfer edib. İngiltərə klubunun saytının məlumatında fransız futbolçu ilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalandığı bildirilib. “Real”ın da maraqlandığı 18 yaşlı futbolçunun yeni klubuna 62 milyon avroya başa gəldiyi də rəsmən açıqlanıb. Leni ötən mövsüm bütün turnirlərdə 44 matçda iştirak edib və 3 qol vurub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul