Braziliyadan İspaniyaya yollandı

28.12.2023 12:16 207
Dünya futbolu
“Betis” heyətini yeni futbolçu ilə gücləndirib.

İspaniya klubu “İnternasyonal”ın yarımmüdafiəçisi Conni Kardozonu heyətinə cəlb edib. Onunla müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb. “Betis” ABŞ yığmasının oyunçusu üçün Braziliya klubuna 6 milyon avro ödəyib.

Kardozo “İnternasyonal”ın heyətində 144 oyun keçirib, 7 qol vurub, 5 məhsuldar ötürmə verib. Onun ABŞ yığmasında 9 oyun keçirdiyini də bildirək.