“Roma” heyətinə yeni futbolçu cəlb edib.
İtaliya klubu “Renn”dən Entso Le Fini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı yarımmüdafiəçi ilə müddəti 2029-cu ilin yayına qədər razılaşdırılan müqavilə imzalanıb. “Roma” 24 yaşlı oyunçu üçün onun sabiq klubuna 24 milyon avro ödəyib.
Entso 2023/24 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 35 matçda 5 məhsuldar ötürmə edib.