Genuyadan Milana yollandı

11.07.2024 18:58 305
Dünya futbolu
“İnter” heyətinə yeni qapıçı cəlb edib.

Milan klubu “Cenoa”dan Xosep Martinesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspaniyalı futbolçu ilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Martines ötən mövsüm “Cenoa”nın heyətində 36 rəsmi matçda meydana çıxıb.