Son vaxtlar büdcə problemi yaşayan komandalardan biri də “Mingəçevir” oldu.
“Nur şəhəri”nin təmsilçisi hətta ötən ay bu üzdən bir neçə aparıcı oyunçusunu itirdi. Lakin klub nümayəndəsi saytımıza açıqlamasında sponsorluqla bağlı danışıq aparıldığını demişdi. Bəs klub özünə maliyyə dayağı tapıbmı, hazırlığı bərpa edibmi?
“Mingəçevir”in idarə heyətinin sədri Nurlan Əhmədov “Football-plus.az”a ümumi hazırlıqdan danışdı:
“Avqustun 1-dən komandamız məşqləri bərpa edib. Yeni transfer etdiyimiz futbolçular var. Demək olar ki, nəzərdə tutduğumuz futbolçuların hamısını komandaya cəlb etmişik. Hazırda baxış keçirilir. Dünən “Şəmkir”lə yoxlama oyunu keçirdik (5:1). Sponsor danışıqlarında ciddi nəyəsə nail ola bilməmişik. Çalışırıq ki, AFFA-dan ayrılan vəsait hesabına işimizi quraq. Çətin olsa da, başqa yolumuz yoxdu. Yeganə sponsorumuz “Azərlotereya”dı. Burdan da hər birinə təşəkkür edirəm”.
RÖYANƏ OĞUZ