FİF "Mingəçevir" rəsmiləri ilə görüşdü

27.07.2022 20:20 771
1-ci liqa
Futbolun İnkişaf Fondunun nümayəndələri bu gün Mingəçevir şəhərində olub.

Football-plus.az xəbər verir ki, Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda "Mingəçevir"in idarə heyətinin sədri Rövşən Əhmədov və onun müavini Ruslan Həmidov ilə görüş keçirilib.

Görüşdə 2022/23 mövsümündən etibarən 1-vi divizionda iştirak edəcək klubun infrastrukturuna və görülən işlərə baxış keçirilib. Söhbət zamanı sponsorların cəlb olunması və dayanıqlı maliyyə mənbəsinin yaradılması, bölgə əhalisinin bu prosesə cəlb olunması müzakirə olunub. Həmçinin, oyunların təşkili, azarkeşlər üçün oyun günü təcrübəsinin yüksəldilməsi ilə bağlı planlar müzakirə olunaraq təkliflər irəli sürülüb. Yaxın vaxtlarda fondun bu bölgədə aktiv fəaliyyəti nəzərdə tutulub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul