"Sponsor məsələsi ilə bağlı ortada rəsmi nəsə yoxdu" - "Mingəçevir"in İdarə Heyətinin sədri

20.08.2022 14:56 451
I liqa / Manşet
Xəbər verdiyimiz kimi, Futbolun İnkişaf Fondu (FİF) və “Mingəçevir” klubu 2022/23 mövsümü üçün limitli sayda mövsümlük biletləri təqdim edib.

Football-plus.az xəbər verir ki, artıq avqustun 24-də birinci divizionda oyunlar başlayır. Matçlara giriş biletlə olacaq. Biletin qiyməti 1 manatdı. Bununla yanaşı, limitli sayda satışa çıxacaq mövsümlük bilet əldə edərək, stadionun ən yaxşı yerlərinin birində komandanın bütün ev oyunlarını (1-ci divizion, Azərbaycan kuboku, yoldaşlıq görüşləri) izləmək mümkün olacaq. Biletin qiyməti 15 manat təşkil edir.

Bundan əlavə, FİF-in rəhbəri Tural Piriyev ölkə mediasına açıqlamasında bildirmişdi ki, "Mingəçevir" üçün sponsor tapılıb. Yaxın zamanlarda yeni müqavilə bağlanacaq. Bu detalları aydınlaşdırmaq üçün "nur şəhəri" təmsilçisinin idarə heyətinin sədri Rövşən Əhmədovla əlaqə saxladıq:

"Sponsor məsələsi ilə bağlı nəsə deyə bilmərəm. Çünki ortada rəsmi heç nə yoxdu. Qurum özü məlumat verəndə ictimaiyyətə geniş açıqlama verəcəyik. Bilet satışı ilə bağlı isə hər şey açıqdı. Adi biletlər 1, mövsümlük 15 manatdı. İkincini əldə edənlərə klubun atributlarını da hədiyyə edəcəyik. Ümid edirəm ki, hər şey komandamızın xeyrinə olacaq".


İLKİN SULTANLI