“Qaradağ Lökbatan” “Neftçi”yə qayıdır?

5.07.2024 11:32 694
Aktual / Ölkə futbolu
Ötən mövsümün sonuna qədər çempionluğa namizəd olan “Qaradağ Lökbatan” 1-ci liqa üçün hazırlığı davam etdirir. Klub lisenziya ala bilmək üçün “Nefçi” İdman Klubundan ayrılaraq ayrıca MMC olmuşdu. Lakin premyer-liqaya yüksələ bilməyən Bakı təmsilçisinin bundan sonra necə fəaliyyət göstərəcəyi sual altındadı.

“Football-plus.az”ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi yenidən “Neftçi”yə qayıtmağa həvəs göstərmir. Amma bu halda qurum onlara kömək edə bilməz

Bununla bağlı ətraflı məlumat almaq üçün “Qaradağ Lökbatan”ın direktoru Bəbir Məmmədovla əlaqə saxladıq. O, “Football-plus.az”a açıqlamasında ayrılmaq istədiklərini bildirdi:

“Hələ ki bu məsələnin üzərində işləyirik. Çalışırıq ki, AFFA-dan gələn maliyyə artsın, elə davam edək. Danışıqlar gedir. Hazırda ayrılan büdcə bəs eləmir. Yəni çox azdı. Əlavə sponsor olsa, yaxşı olar. SOCAR-a müraciət etmişik. Cavab gözləyirik”.

RÖYANƏ OĞUZ