"Beşiktaş" iki futbolçuyla vidalaşdı

5.08.2024 17:11 318
Dünya futbolu
“Beşiktaş” iki futbolçu – Ante Rebiç və Aydın Hasiçlə vidalaşıb.

Ötən yay komandaya gələn və ümidləri doğrultmayan xorvatiyalı Rebiç mövsüm ərzində yalnız 23 rəsmi oyuna çıxaraq 1 qol, 5 məhsuldar ötürmə ilə fərqləndi. Onunla yollar qarşılıqlı razılıqla ayrılıb.

2020-dən komandada olan və bu müddətdə “Ümraniyəspor”, “Göztəpə”, “Sarayevo”ya icarə əsasında top qovan bosniyalı Hasiç isə 800 min avroya Polşa təmsilçisi “Krakoviya”ya satılıb.