Bu yay hələ ki, heç bir ulduz futbolçu transfer etməyən ''Beşiktaş'' fanatlarını sevindirmək üzrədi.
"Football-plus.az" xəbər verir ki, rəhbərliyin uzun müddətdi danışıqlar apardığı ''Milan''lı Ante Rebiç Türkiyəyə gəlməyə razılıq verib. ''Beşiktaş'' ilə ''Milan'' 500 min avro və əlavə olaraq bonuslar qarşılığında razılıq əldə ediblər. Bonuslar yalnız Rebiç müəyyən sayda oyuna çıxacağı təqdirdə keçərli olacaq. Xorvatiyalı ulduzun bazar günü İstanbula gələcəyi gözlənilir.
Həm vinger, həm də mərkəz hücumçusu mövqeyində oynamağı bacaran Rebiç 2019-dan ''Milan''dadı. Ona qədər isə ''Split'', ''Fiorentina'', ''Leyptsiq'', ''Verona'', və Frankfurt ''Ayntraxt''ının şərəfini qoruyub. 29 yaşlı futbolçu karyerası ərzində 313 oyunda 73 qol, 35 məhsuldar ötürmə ilə fərqlənib.
ƏLİ