"Qarabağ"ın "Ludoqorets"lə oyunlarının hakimləri

1.08.2024 17:30 493
Çempionlar Liqası
"Qarabağ"ın Bolqarıstan “Ludoqorets”inə komandasına qarşı keçirəcəyi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, Bakıdakı ilk görüşü İsveçrədən, Razqraddakı cavab qarşılaşması isə İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.

6 avqust
“Qarabağ” – “Ludoqorets”

Hakimlər: URS ŞNİDER, Marko Zürçer, Benyamin Zürçer
Dördüncü hakim: Sven Volfensberger
VAR hakimləri: Fedayi San, Yohannes von Mandaç
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20.00

13 avqust
“Ludoqorets” - “Qarabağ”

Hakimlər: SİMON SOZZA, Giorgio Peretti, David İmperiale
Dördüncü hakim: Matteo Marçetti
VAR hakimləri: Gianluka Aureliano, Marko Serra
"Ludoqorets Arena". Saat 22.00.