"Qarabağ"ın pley-off-dakı potensial rəqibi bilindi

5.08.2024 14:15 555
Ölkə futbolu
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

"Football-plus.az" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə “Qarabağ” - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibinin də potensial rəqibi bilinib.

"Qarabağ" - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi pley-offda Zaqreb "Dinamo"su (Xorvatiya) ilə üz-üzə gələcək. Ağdam təmsilçisi "Lüdoqorets" səddini adlayarsa, pley-offda ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, pley-off görüşləri 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.