Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la “Ludoqorets” arasındakı ilk görüşün Bakıda keçiriləcəyindən xəbərdarsız.
“Football-plus.az” Bolqarıstan mətbuatına istinadla xəbər verir ki, “Ludoqorets” bazar ertəsi səhər Varnadan Bakıya çarter reysi ilə yola düşür. Razqrad klubunun personalını daşıyan təyyarə saat 10.30-da yola düşür. Bolqarıstan çempionu oyunöncə son məşqə bazar ertəsi, saat 20.00-da "Tofiq Bəhramov" stadionunda çıxacaq. Yarım saat əvvəl isə baş məşqçi Georgi Dermenciyevin mətbuat konfransı keçiriləcək.
"Ludoqorets"in futbolçuları oyundan dərhal sonra Bolqarıstana qayıdacaq. Onların təyyarəsinin avqustun 7-si, səhər 3-də Varna hava limanına enməsi gözlənilir.
KAMAL SƏFƏR