Qurban Qurbanov jurnalistlərin qarşısına çıxacaq

3.08.2024 16:54 442
Ölkə futbolu
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Lüdoqorets” (Bolqarıstan) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

"Football-plus.az" xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı avqustun 5-i saat 17.45-də “Azersun Arena”da baş tutacaq. 18.15-də media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın açıq məşqi saat 20.00-da, baş məşqçi Georgi Dermendzhievin mətbuat konfransı isə 19.30-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

Qeyd edək ki, avqustun 6-da keçiriləcək “Qarabağ” – “Lüdoqorets” görüşü saat 20.00-da başlayacaq.