Pau Viktor “Jirona”nı tərk edən oyunçuların sırasına qoşulub.
O, bundan sonra “Barselona”da çıxış edəcək. Hücumçu yeni klubuna 2,7 milyon avroya başa gəlib. O, “Barselona” ilə 5 illik müqavilə bağlayıb. Pau “Jirona”nın yetirməsidi. 22 yaşlı futbolçu bir il əvvəl kataloniyalılara icarəyə verilmişdi.
O, “Barselona B”də keçirdiyi 39 oyunda 20 qolun və 6 məhsuldar ötürmənin müəllifi olub.