“Barselona” onu birdəfəlik alacaq

6.03.2024 18:51 178
Dünya futbolu
“Barselona” Pau Viktorun transfer hüququnu birdəfəlik alacaq.

"Football-plus.az" xəbər verir ki, “Mundo Deportivo”nun yaydığı məlumata görə, Kataloniya klubunun rəhbərliyi 22 yaşlı hücumçunun əvəzedici komandadakı çıxışından razıdı. Məlumatda mövsümün sonunda ispaniyalı forvard üçün “Jirona”ya 3 milyon avro ödəniləcəyi bildirilib.

Pau “Barselona”nın B komandasında bu mövsüm 22 oyuna 14 qol vurub və 4 məhsuldar ötürmə edib. Əsas komandanın baş məşqçisi Xavi Ernnades gənc oyunçunu 7 dəfə A komandasına cəlb edib.