Fode Ballo-Ture “Milan”dan ayrılıb.
"Football-plus.az" xəbər verir ki, İtaliya klubu futbolçunu icarəyə verib. 26 yaşlı seneqallı müdafiəçi karyerasını “Fulhem”də davam etdirəcək.
Fode ilə bağlanan müqavilənin müddəti mövsümün sonunadək nəzərdə tutulub. Sözləşməyə birdəfəlik satın ala bilmə ilə bağlı bənd nəzərdə tutulmayıb.
“Milan” Ballo-Tureni 2021-ci ildə “Monao”dan transfer edib. O, A seriyasında 20 matçda meydana çıxıb və 1 qol vurub.