“Real”ı müvəqqəti tərk etdi

29.07.2023 21:34 237
Dünya futbolu
Rafael Marin “Real”ı müvəqqəti tərk edib.

"Football-plus.az" xəbər verir ki, İspaniya nəhəngi gənc futbolçusunu icarəyə verib. 21 yaşlı müdafiəçi “Alaves”ə keçib. Onunla müddəti 2024-cü ilin yayınadək nəzərdə tutulan müqavilə bağlanıb.

Qeyd edək ki, Rafael 2021-ci ildən “Real”ın oyunçusudu. O, indiyədək klubun B komandasında oynayıb. Marin ötən il əsas komandaya cəlb olunub. Amma La Liqada meydana çıxmaq imkanı qazanmayıb.