Renat Dadaşovla bağlı şok xəbər

20.08.2022 10:56 457
Dünya futbolu
"Qrasshopper"un futbolçusu Renat Dadaşov koronavirusa yoluxub.

Football-plus.az İsveçrənin "4-4-2" saytına istinadən xəbər verir ki, Sürix təmsilçisinin üzvünün "Sion"la 5-ci tur matçından (2:2) sonra test nəticəsi müsbət çıxan 23 yaşlı hücumçu artıq sağalıb.

Bir həftəlik karantin müddətini başa vuran Renat Dadaşov komandaya qoşulub. Bu gün futbolçunun İsveçrə Kuboku çərçivəsində "Vettsvil-Bonştetten"ə qarşı matçda meydana çıxacağı gözlənilir.